7 sentyabr 2026. Bazar ertəsi

“Sevilya” səfərdə xal itirdi


“Sevilya” səfərdə xal itirdi

İspaniya La Liqasının 2026/2027 mövsümünün IV turunda “Espanyol” və “Sevilya” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Kornelya-El Prat” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşün baş hakimi Migel Sesma Espinosa olub.

Matçın 56-cı dəqiqəsində “Sevilya”nın müdafiəçisi Aruna Sanqante qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qonaqlar azlıqda qaldıqdan sonra da hesabı açmağı bacarıblar. “Sevilya”nın hücumçusu Lukas Stassen 86-cı dəqiqədə fərqlənərək komandasını önə keçirib.

Lakin “Espanyol” matçın sonlarında məğlubiyyətdən xilas olub. Meydan sahiblərinin forvardı Markos Fernandes əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib – 1:1.

Bu nəticədən sonra “Sevilya” 4 turda 7 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Espanyol” isə aktivindəki xalların sayını 4-ə çatdıraraq 13-cü sırada yer alıb.

La Liqanın növbəti turunda “Espanyol” sentyabrın 12-də səfərdə “Osasuna” ilə qarşılaşacaq. “Sevilya” isə bir gün əvvəl – sentyabrın 11-də doğma meydanda “Valensiya”nı qəbul edəcək.







İspaniya L.L.

“Sevilya” səfərdə xal itirdi
  • İspaniya L.L.
  • 01:12 07.09.2026
“Sevilya” səfərdə xal itirdi
“Mən “Barselona”nı sevirəm”
  • İspaniya L.L.
  • 00:57 07.09.2026
“Mən “Barselona”nı sevirəm”
“Bu, möhtəşəm oyun idi”
  • İspaniya L.L.
  • 23:58 06.09.2026
“Bu, möhtəşəm oyun idi”