7 sentyabr 2026. Bazar ertəsi

Vinisius Junior karyerasının ən vacib qollarını açıqladı


Vinisius Junior karyerasının ən vacib qollarını açıqladı

“Real” klubunun hücumçusu Vinisius Junior karyerasında vurduğu ən vacib qollar barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, klub televiziyasına müsahibə verən braziliyalı futbolçu Çempionlar Liqasının finalında “Liverpul” və Dortmund “Borussiya”sının qapısına vurduğu qolları xüsusi qeyd edib.

 “Bunlar həyatımın ən vacib iki qoludur. Onlar əbədi olaraq tarixdə qalacaq. Bir çox futbolçu qol vurur, amma yalnız az sayda oyunçu bunu finalda bacarır. Dünyanın ən böyük klubunun heyətində finalda qol vurmaq həm mənim, həm də azarkeşlərin heç vaxt unutmayacağı hadisədir”, – deyə Vini Junior bildirib.

Qeyd edək ki, Vini Junior 2022-ci ildə “Liverpul”la final qarşılaşmasında komandasının 1:0 hesablı qələbəsini təmin edən yeganə qola imza atıb. Braziliyalı hücumçu 2024-cü ildə isə “Borussiya” ilə finalda 2:0 hesablı qələbədə fərqlənib.

“Real Madrid” yeni Çempionlar Liqası mövsümündə ilk oyununu sentyabrın 8-də keçirəcək. Madrid təmsilçisi “Santyaqo Bernabeu” stadionunda İtaliyanın “İnter” klubunu qəbul edəcək.







İspaniya L.L.

Flik Rodri və Bernal barədə danışdı
  • İspaniya L.L.
  • 10:00 07.09.2026
Flik Rodri və Bernal barədə danışdı
“Sevilya” səfərdə xal itirdi
  • İspaniya L.L.
  • 01:12 07.09.2026
“Sevilya” səfərdə xal itirdi
“Mən “Barselona”nı sevirəm”
  • İspaniya L.L.
  • 00:57 07.09.2026
“Mən “Barselona”nı sevirəm”
“Bu, möhtəşəm oyun idi”
  • İspaniya L.L.
  • 23:58 06.09.2026
“Bu, möhtəşəm oyun idi”