7 sentyabr 2026. Bazar ertəsi

“Barselona”nın sabiq futbolçusu 35 yaşında karyerasını başa vurdu


“Barselona”nın sabiq futbolçusu 35 yaşında karyerasını başa vurdu

“Barselona” və “Betis”in sabiq vingeri Kristian Tello 35 yaşında futbolçu karyerasını başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Sabadeldə anadan olan Tello futbola “Barselona” və “Espanyol”un akademiyalarında başlayıb. O, 2011-ci ildə “Barselona”nın əsas komandasında debüt edib.

2014-2016-cı illərdə icarə əsasında Portuqaliyanın “Portu” klubunda çıxış edən futbolçu daha sonra “Fiorentina”da forma geyinib. Tello 2017-ci ildə “Betis”ə keçib və burada beş mövsüm keçirib.

Karyerasının sonrakı mərhələsində ABŞ-nin “Los-Anceles Qalaksi” klubunda çıxış edən Tello daha sonra Səudiyyə Ərəbistanının “Əl-Fateh” və “Əl-Oruba”, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin “Palm Siti” komandalarının formasını geyinib.

Qeyd edək ki, Kristian Tello klub karyerası ərzində altı titul qazanıb. Onların arasında “Barselona” ilə La Liqa çempionluğu, eləcə də Kral Kubokunda iki qələbə – “Barselona” və “Betis”lə əldə etdiyi titullar da var.







İspaniya L.L.

Flik Rodri və Bernal barədə danışdı
  • İspaniya L.L.
  • 10:00 07.09.2026
Flik Rodri və Bernal barədə danışdı
“Sevilya” səfərdə xal itirdi
  • İspaniya L.L.
  • 01:12 07.09.2026
“Sevilya” səfərdə xal itirdi
“Mən “Barselona”nı sevirəm”
  • İspaniya L.L.
  • 00:57 07.09.2026
“Mən “Barselona”nı sevirəm”
“Bu, möhtəşəm oyun idi”
  • İspaniya L.L.
  • 23:58 06.09.2026
“Bu, möhtəşəm oyun idi”