- İspaniya L.L.
- 23:23 07.09.2026
Madrid “Real”ının hücumçusu Kilian Mbappe La Liqanın son turunda “Betis”ə 0:1 hesabı ilə məğlub olduqları qarşılaşma barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, fransalı hücumçu məğlubiyyətə baxmayaraq, komandanın oyunundan razı qaldığını bildirib:
“Betis”ə məğlubiyyət? Düşünürəm ki, yaxşı oyun keçirdik. Lakin ən vacib işi – qol vurmağı bacarmadıq. Mən bir çox qol imkanından yararlana bilmədim, amma komandanın oyunundan razıyam. Mövsüm boyu belə çıxış etsək, uğur qazanacağıq və mən də çoxlu qollar vura biləcəyəm”.
Qeyd edək ki, “Real Madrid” cari mövsümdə ilk məğlubiyyətini məhz bu oyunda alıb. Görüşün əlavə vaxtında hesabı bərabərləşdirmək şansı qazanan Mbappe penaltini dəqiq yerinə yetirə bilməyib.
Əlavə edək ki, “Real Madrid” Çempionlar Liqasının növbəti turunda doğma meydanda İtaliyanın “İnter” klubunu qəbul edəcək. Qarşılaşma çərşənbə axşamı, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.