- İspaniya L.L.
- 00:52 08.09.2026
“Real Madrid” klubu “Santyaqo Bernabeu” stadionuna İspaniya və ölkənin muxtar regionları və şəhərlərinin bayraqlarının gətirilməsinin qadağan olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisi yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.
“Bu, yalandır. Klubun qaydaları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur və təbii ki, belə məhdudiyyətlər nəzərdə tutmur. Biz hər zaman azarkeşlərin ölkəmizin rəsmi bayraqlarını stadiona gətirməsinə icazə vermişik”, – deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda bu gün doğma meydanda İtaliyanın “İnter” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.