9 sentyabr 2026. Çərşənbə

Rafinyanın “Qızıl top”dan kənarda qalması Dekunu güldürdü


Rafinyanın “Qızıl top”dan kənarda qalması Dekunu güldürdü

“Barselona”nın vingeri Rafinya “Qızıl top” mükafatına namizədlərin yekun siyahısında yer almayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb. Onun paylaşımına Kataloniya klubunun idman direktoru Deku da münasibət bildirib.

Deku şərh bölməsində heç bir söz yazmayıb. O, sadəcə, təəccüb və gülüş ifadə edən bir neçə emoji ilə kifayətlənib.

Qeyd edək ki, daha əvvəl məşhur “Goal” portalının jurnalistləri və sosial şəbəkə istifadəçiləri də Rafinyanın “Qızıl top”un 30 namizədi arasında yer almamasına təəccübləndiklərini bildiriblər.

Xatırladaq ki, Rafinya ötən il “Qızıl top”a layiq olduğunu düşündüyünü açıq şəkildə ifadə etmişdi. Braziliyalı futbolçu həmin vaxt keçirilən səsvermədə 5-ci yeri tutmuşdu.







İspaniya L.L.

Flik Rodri və Bernal barədə danışdı
  • İspaniya L.L.
  • 10:00 07.09.2026
Flik Rodri və Bernal barədə danışdı