- İspaniya L.L.
- 23:54 08.09.2026
Futbol üzrə dünya ulduzu Lionel Messi karyerasını başa vurduqdan sonrakı həyatını indidən planlaşdırmağa başlayıb.
90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, 39 yaşlı futbolçunun nümayəndələri daha bir İspaniya klubunun satın alınması ilə bağlı danışıqları yekunlaşdırır.
Lionel Messi İspaniyanın ikinci ən yüksək liqasında çıxış edən “Eldense” klubunun alınması ilə bağlı şifahi razılığa gəlib.
Məlumata görə, “Eldense”nin səhmlərinin 100 faizinin Lionel Messinin şirkəti tərəfindən alınması barədə rəsmi açıqlama yaxın günlərdə verilə bilər. Lakin sövdələşmənin tamamlanması üçün İspaniya Milli İdman Şurasının təsdiqi tələb olunur.
Qeyd edək ki, argentinalı futbolçu bu ilin yazında İspaniyanın “Kornelya” klubunun sahibi olub.
Lionel Messi hazırda klub karyerasını ABŞ-ın “İnter Mayami” komandasında davam etdirir.