9 sentyabr 2026. Çərşənbə

“Real Madrid” “Qızıl top”la bağlı mövqeyini dəyişdi


“Real Madrid” “Qızıl top”la bağlı mövqeyini dəyişdi

“Real Madrid” klubu “Qızıl top” mükafatı ilə bağlı mövqeyini dəyişib.

90deqiqe.Az-ın məlumatına görə, Madrid klubu 2024-cü ildə mükafatın təqdimetmə mərasimində iştirakdan imtina etmişdi.

Buna səbəb “Mançester Siti”nin futbolçusu Rodrinin “Qızıl top”un qalibi seçilməsi olub. “Real Madrid” düşərgəsində hesab edirdilər ki, mükafat komandanın futbolçularından birinə təqdim edilməli idi.

Madrid təmsilçisi mərasimin başlamasına cəmi bir neçə saat qalmış tədbirdə iştirak etməyəcəyini açıqlamışdı.

Ötən il isə “Kral klubu” “Qızıl top”la bağlı mövqeyini daha açıq şəkildə nümayiş etdirib. Belə ki, “Real Madrid” futbolçularının mükafat uğrunda mübarizəsi ilə bağlı sosial şəbəkə hesablarında heç bir paylaşım etməyib.

Bu il isə klubun münasibəti dəyişib. “Real Madrid” sosial şəbəkələrdə “Qızıl top”a namizəd olan dörd futbolçusunun adını açıqlayıb.

Bunlar Kilian Mbappe, Vinisius Junior, Cud Bellinqem və Mark Kukurelyadır.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.







İspaniya L.L.

Flik Rodri və Bernal barədə danışdı
  • İspaniya L.L.
  • 10:00 07.09.2026
Flik Rodri və Bernal barədə danışdı