9 sentyabr 2026. Çərşənbə

Qabriel Xesus “Arsenal”dan ayrılma prosesindən danışdı


Qabriel Xesus “Arsenal”dan ayrılma prosesindən danışdı

Yay transfer pəncərəsinin bağlanmasına az müddət qalmış Qabriel Xesus “Arsenal”dan ayrılaraq “Barselona”ya keçib.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı hücumçu transferdən əvvəlki son həftələrdə yaşadıqlarından danışıb.

“Əslində, məşqlərimi davam etdirirdim və “Arsenal”la mövsümöncəsi hazırlıq prosesini normal keçirdim. Təbii ki, komandada oynamayacağımı başa düşürdüm, amma mənə bu barədə heç kim heç nə demirdi.

Mən peşəkaram və komanda ilə birlikdə məşq edirdim. Daha sonra isə məni komandadan ayrı məşq etməyə göndərdilər. Buna baxmayaraq, məşqlərimi davam etdirir və yüksək səviyyədə oynamaq imkanım yaranacağı təqdirdə hazır olmaq üçün əlimdən gələni edirdim.

Transfer pəncərəsinin son həftəsində hər şey çox sürətlə baş verdi. Agentim möhtəşəm iş gördü. Daha sonra “Barselona” və Deko prosesə qoşuldular. Buraya keçmək imkanımın olduğunu başa düşəndə, əlbəttə ki, dərhal “hə” dedim. İndi çox xoşbəxtəm”, - deyə Jezusun sözlərini “Sporty TV” yayıb.

Qeyd edək ki, Qabriel Xesus artıq “Barselona”nın heyətində debüt edib. Braziliyalı futbolçu La Liqada “Valensiya” ilə matçda meydana çıxıb.







İspaniya L.L.