6 oktyabr 2026. Çərşənbə axşamı

La Liqada avqust ayının ən yaxşı futbolçusu seçildi


La Liqada avqust ayının ən yaxşı futbolçusu seçildi

İspaniya La Liqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu ada “Barselona”nın hücumçusu Rafinya layiq görülüb.

Braziliyalı futbolçu ötən ay Kataloniya klubunun heyətində çempionatda 3 matçda iştirak edib. O, həmin görüşlərdə 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 2026/27 mövsümündə Rafinya vinger mövqeyində deyil, mərkəz hücumçusu kimi çıxış edir. Hans-Diter Flikin braziliyalını hücumun mərkəzində oynatmaq qərarı özünü doğruldur.

“Barselona” 4 turdan sonra maksimum 12 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”