6 oktyabr 2026. Çərşənbə axşamı

“Sevilya” “Valensiya”nı məğlub etdi


“Sevilya” “Valensiya”nı məğlub etdi

İspaniya La Liqasının V turunda “Sevilya” doğma meydanda “Valensiya” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, meydan sahibləri matçın favoriti olsalar da, qol imkanlarını reallaşdırmaqda çətinlik çəkiblər. “Sevilya” qarşılaşma ərzində hesabı açmaq üçün bir neçə cəhd göstərib.

Lakin “Sevilya”nın qələbə qolunu vurması üçün 81-ci dəqiqəyə qədər gözləmək lazım gəlib. Bu dəqiqədə Xuan İqlesias fərqlənərək komandasına minimal hesablı qələbə qazandırıb.

Beləliklə, “Sevilya” xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib.

“Valensiya” isə beş turdan sonra cəmi bir xal toplayıb və sonuncu – 20-ci pillədə qərarlaşıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”