- İspaniya L.L.
- 10:38 12.09.2026
Madrid “Real”ının yarımmüdafiəçisi Eduardo Kamavinqa yay transfer pəncərəsində klubunu dəyişmək istəməyib.
90deqiqe.Az-ın “The Touchline"yə istinadən məlumatına görə, “Qalatasaray” iyul ayında 23 yaşlı futbolçu üçün təxminən 50 milyon avro ödəməyə hazır olsa da, fransalı yarımmüdafiəçi bu təkliflə maraqlanmayıb və Madrid klubunda qalmağa qərar verib.
Kamavinqanın “Real Madrid”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı isə futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.
Fransalı futbolçu 2021-ci ildən “Real Madrid”in formasını geyinir.
Qeyd edək ki, yay transfer pəncərəsində Kamavinqaya “Mançester Yunayted”, “Çelsi”, “Liverpul” və “Mançester Siti” klublarının da maraq göstərdiyi bildirilib.