- İspaniya L.L.
- 11:42 12.09.2026
Madrid “Real”ının hücumçusu Kilian Mbappe futbolçu karyerasının uzunömürlülüyü və Lionel Messi barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı fransalı hücumçu Messinin 39 yaşında yüksək səviyyədə futbol oynamağa davam etməsinə toxunaraq bildirib ki, özü də uzun illər meydanda qalmaq istəyir:
“Özümü Messi kimi 39 yaşında futbol oynayarkən təsəvvür edirəmmi? Əgər lazım olsaydı, hətta 100 yaşa qədər oynayardım. Amma həmin yaşda da eyni səviyyədə ola biləcəyəmmi? Başa düşmək lazımdır ki, artıq oynaya bilmədiyin məqam nə vaxt gəlir. Messi isə bu barədə düşünməli deyil, çünki hələ də oynaya bilir. Messi – Messidir. Mən özümü başqa bir futbolçu kimi görürəm. Amma o, xüsusi futbolçuların xüsusisidir”.
Qeyd edək ki, Mbappe 27 yaşında dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olmağı bacarıb. Fransalı forvard son iki mundialın bombardiri olub və hər iki turnirdə “Qızıl buts” mükafatına yiyələnib.
Lionel Messi isə hər iki dünya çempionatında bombardirlər siyahısında ikinci pilləni tutub.