27 oktyabr 2026. Çərşənbə axşamı

Mbappe Mourinyodan yalnız bir şey istəyir


Mbappe Mourinyodan yalnız bir şey istəyir

Madrid “Real”ının hücumçusu Kilian Mbappe komandanın baş məşqçisi Joze Mourinyodan gözləntiləri barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, “Madrid Universal” fransalı futbolçunun dediklərini belə çatdırıb.

 “Mourinyodan nə gözləyirəm? Sadəcə məni meydana buraxmasını”, – deyə Mbappe gülümsəyərək bildirib.

Fransalı hücumçu əlavə edib: “Düşünürəm ki, qalan hər şeyə uyğunlaşacağam. Xüsusi gözləntilərim yoxdur. Onun sadəcə özü olması kifayətdir”.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis yay aylarının əvvəlində “kral klubu”na qayıdıb və 2029-cu ilə qədər müqavilə imzalayıb.

Kilian Mbappe cari mövsümdə keçirdiyi beş oyunda beş qol vurub.

“Real Madrid” şənbə günü La Liqa çərçivəsində doğma meydanda “Rayo Valyekano”nu qəbul edəcək.







İspaniya L.L.

 “Bu yaşda etdikləri inanılmazdır”
  • İspaniya L.L.
  • 01:17 27.10.2026
“Bu yaşda etdikləri inanılmazdır”