- İspaniya L.L.
- 12:54 12.09.2026
Madrid “Real”ının hücumçusu Kilian Mbappe özünü niyə eqoist futbolçu hesab etmədiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, “Madrid Xtra” fransalı futbolçunun dediklərini belə çatdırıb
“Mən eqoist deyiləm. Sadəcə qollara aludəyəm, çünki mənim işim budur. Bu, eqoistlik deyil.
Mən necə eqoist ola bilərəm ki, Fransa millisinin tarixində ən çox məhsuldar ötürmə edən futbolçuyam? Əgər mən eqoistəmsə, o zaman millidəki bütün futbolçular haqqında da eyni şeyi demək olar. Çünki onların heç biri mənim qədər məhsuldar ötürmə etməyib”, – deyə Mbappe bildirib.
27 yaşlı hücumçu Fransa millisinin heyətində keçirdiyi 106 oyunda 66 qol vurub və 44 məhsuldar ötürmə edib.
Klub karyerasında isə Mbappe 488 matçda rəqib qapılarına 378 dəfə yol tapıb.