15 oktyabr 2026. Cümə axşamı

Mbappe La Liqada bombardirlər yarışında liderliyə şərik oldu


Mbappe La Liqada bombardirlər yarışında liderliyə şərik oldu

“Real Madrid” İspaniya La Liqasının V turunda “Rayo Valyekano”nu 4:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, Madrid derbisində “Real”ın ulduz hücumçusu Kilian Mbappe dubl edib.

Bununla da fransalı forvard cari La Liqa mövsümündə vurduğu qolların sayını 6-ya çatdırıb.

Derbidən əvvəl bombardirlər yarışına 6 qolla “Barselona”nın futbolçusu Rafinya başçılıq edirdi. “Real”la görüşdə dubl edən Mbappe ilə yanaşı, “Rayo Valyekano”nun hücumçusu Serxio Kamelyo da braziliyalı futbolçuya çatıb.

Kamelyo “Real Madrid”ə qarşı keçirilən görüşdə komandasının yeganə qolunu vuraraq bu mövsüm La Liqada 6-cı dəfə fərqlənib.

Qeyd edək ki, Serxio Kamelyo cari mövsümdə həm “Real Madrid”, həm də “Barselona”nı məyus etməyi bacarıb. O, yayın son günündə “Kamp Nou”da keçirilən qarşılaşmada “Barselona”nın qapısına iki qol vurub. Lakin həmin görüşdə “Rayo Valyekano” 2:5 hesabı ilə məğlub olub.







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı
Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər