13 sentyabr 2026. Bazar günü

“Mourinyo məndən daha dinamik oyun tələb edir”


“Mourinyo məndən daha dinamik oyun tələb edir”

“Real Madrid”in yarımmüdafiəçisi Bernardo Silva “Rayo Valyekano” üzərində 4:1 hesablı qələbədən sonra komandadakı uyğunlaşma prosesi və baş məşqçi Joze Mourinyonun ondan gözləntiləri barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu yeni komandasındakı ilk təəssüratlarının müsbət olduğunu bildirib:

“Bu, mənim üçün yeni təcrübədir. Hələ də komanda yoldaşlarımla bir-birimizə uyğunlaşırıq, amma çox xoşbəxtəm. “Betis”lə oyunu nəzərə almasaq, komanda yaxşı çıxış edir”.

Silva Mourinyonun ondan tələb etdiyi əsas məqamları da açıqlayıb:

“Mourinyo məndən nə tələb edir? Top bizdə olanda müdafiədən çıxış zamanı komandaya çox kömək etməliyəm. Oyuna daha çox dinamika qatmalı, topun irəliyə doğru hərəkətini sürətləndirməliyəm. Mən uyğunlaşmağa və özümü ən yaxşı formada göstərməyə çalışıram”.

Qeyd edək ki, “Real Madrid” La Liqada keçirdiyi ilk 5 oyunda 12 xal toplayıb. Madrid klubu növbəti turda səfərdə “Elçe” ilə qarşılaşacaq.







İspaniya L.L.