13 sentyabr 2026. Bazar günü

“Hücum gücümüzə heç bir şübhə yoxdur”


 “Hücum gücümüzə heç bir şübhə yoxdur”

“Real Madrid”in yarımmüdafiəçisi Bernardo Silva “Rayo Valyekano” üzərində 4:1 hesablı qələbədən sonra oyunu dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu üç xalın əsas məqsəd olduğunu bildirib və komandanın xüsusilə ilk hissədəki çıxışından razı qaldığını vurğulayıb:

“Ən vacibi üç xaldır. Böyükhesablı qələbə qazandıq və çox məmnunuq. Xüsusilə ilk hissədə yaxşı oynadıq. İndi isə artıq çox yaxınlaşan növbəti oyuna hazırlaşmalıyıq”.

Bernardo Silva “Real Madrid”in hücumdakı məhsuldarlığı ilə bağlı da danışıb:

“Komandanın məhsuldarlığı? Hücum gücümüzə və qol vurmaq bacarığımıza heç bir şübhə yoxdur. Xüsusilə də burada, “Santyaqo Bernabeu”da. Çoxsaylı qol imkanları yaratmağı bacardıq”.

Qeyd edək ki, “Real Madrid” növbəti oyununu sentyabrın 15-də keçirəcək. Joze Mourinyonun komandası həmin gün La Liqa matçında səfərdə “Elçe” ilə qarşılaşacaq.







İspaniya L.L.