- İspaniya L.L.
- 11:28 13.09.2026
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo La Liqanın “Rayo Valyekano” ilə matçında yarımmüdafiəçi Federiko Valverdeni fasilədə əvəzləməsinin səbəbini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu qərarın ehtiyat tədbiri olduğunu bildirib:
“Bu, ehtiyat tədbiri idi. Valverde “İnter”lə oyunda Axilles vətəri nahiyəsində ağrı ilə çıxış etmişdi. Bundan əlavə, bu gün o, yorulmuşdu”.
Qeyd edək ki, “Real Madrid” “Rayo Valyekano”nu 4:1 hesabı ilə məğlub edib. Lakin qarşılaşmanın ikinci hissəsində müəyyən müddət ərzində qonaq komanda üstünlük əldə edib. Bu isə Madrid klubunun azarkeşlərinin narazılığına səbəb olub və onlar öz komandalarını fitə basıblar.
“Real Madrid” La Liqada növbəti oyununu səfərdə “Elçe”yə qarşı keçirəcək.