15 sentyabr 2026. Çərşənbə axşamı

Endrik “Real”dan ayrılmaq istəyir? - agenti açıqladı


Endrik “Real”dan ayrılmaq istəyir?  - agenti açıqladı

Madrid “Real”ının hücumçusu Endrikin agenti Tyaqo Freytas futbolçunun klubdan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

90deqiqe.Az-ın məlumatına görə, agent bildirib ki, Endrikin komandadan ayrılmaq niyyəti yoxdur.

“Endrik mənə klubdan ayrılmaq istədiyini deməyib. Daimi oyun praktikası qazanmaq üçün başqa komandaya keçmək arzusunda olduğunu da bildirməyib. Bununla bağlı deyilənlərin hamısı yalandır. Belə bir şey olmayıb”, – deyə Freytasın sözlərini “Madrid Universal” nəşri yayıb.

Qeyd edək ki, braziliyalı forvardın yay transfer pəncərəsində icarəyə göndərilə biləcəyi barədə məlumatlar yayılıb. 20 yaşlı futbolçu cari mövsümdə hələ “Real”ın heyətində meydana çıxmayıb.

Endrikin “Real”la müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.







İspaniya L.L.