- İspaniya L.L.
- 10:14 15.09.2026
“Barselona”nın yarımmüdafiəçisi Rodri komandasının UEFA Çempionlar Liqasının cari mövsümündəki şansları barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ispan futbolçu “Barselona”nın turnirin favoritlərindən biri olmadığını bildirib.
“Düşünmürəm ki, biz Çempionlar Liqasının favoritiyik. Çempion olmaq üçün bəzi məqamlarda inkişaf etməliyik. Hesab edirəm ki, mənim kimi futbolçular məhz bunun üçün transfer ediliblər. Lakin Çempionlar Liqasında ən güclü komanda deyil, həlledici məqamlarda özünü daha yaxşı göstərən və pley-off mərhələsində vacib dəqiqələri idarə etməyi bacaran komanda qalib gəlir”, – deyə Rodri “Barca Universal”a açıqlamasında bildirib.
Qeyd edək ki,Kataloniya təmsilçisi sonuncu dəfə 2015-ci ildə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub. Hans-Diter Flikin komandası bu mövsümə “Feyenoord” üzərində 5:1 hesablı böyük qələbə ilə başlayıb.
Əlavə edək ki,“Barselona” ötən mövsüm Çempionlar Liqasında mübarizəni 1/4 final mərhələsində başa vurub. Kataloniya klubu bu mərhələdə “Atletiko”ya məğlub olub.