- İspaniya L.L.
- 01:13 15.09.2026
İspaniya La Liqasının növbəti turunda “Vilyarreal” və “Betis” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Sevilya təmsilçisi səfərdə 3 xal qazanmağı bacarıb.
Meydan sahibləri qarşılaşmaya fəal başlayıblar və hesabı ilk açan tərəf olublar. Renato Veyqanın ötürməsindən sonra Xerar Moreno dəqiq zərbə ilə fərqlənib.
Lakin 39-cu dəqiqədə “Betis” hesabı bərabərləşdirib. Kuço Ernandes dəqiq zərbə ilə komandasının ilk qolunu vurub. İlk hissənin başa çatmasına az qalmış Natan “Betis”i önə keçirib.
İkinci hissədə “Vilyarreal” oyuna əlavə dinamika gətirib və müsbət nəticə qazanmağa çalışıb. Lakin “Betis” müdafiədə etibarlı oynayaraq qapısını toxunulmaz saxlayıb və səfərdən qələbə ilə ayrılıb.
Bu nəticədən sonra “Betis” xallarının sayını 12-yə çatdıraraq La Liqa turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Vilyarreal” isə 2 xalla 18-ci sırada qərarlaşıb.