15 sentyabr 2026. Çərşənbə axşamı

Bernardu Silva La Liqa ilə Premyer Liqa arasındakı fərqlərdən danışıb


Bernardu Silva La Liqa ilə Premyer Liqa arasındakı fərqlərdən danışıb

Madrid “Real”ının yarımmüdafiəçisi Bernardu Silva İspaniya La Liqası ilə İngiltərə Premyer Liqası arasındakı fərqlər barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, “Madrid Universal” nəşri 32 yaşlı yarımmüdafiəçinin sözlərini belə çatdırıb.

 “Lа Liqa bəzi məqamlarda Premyer Liqadan fərqlənir. İspaniyada bütün komandalar pressinq etməyə və hücumları ötürmələr üzərindən qurmağa çalışırlar. Burada fiziki mübarizə daha azdır. Bununla belə, İspaniya liqası çox yaxşıdır”

Qeyd edək ki, portuqaliyalı futbolçu ötən yay “Kral klubu”na keçib. O, daha əvvəl doqquz il ərzində “Mançester Siti”nin formasını geyinib.

Əlavə edək ki, Bernardu Silva Joze Mourinyonun rəhbərlik etdiyi komandada indiyədək beş matç keçirib. Futbolçunun “Real”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.







İspaniya L.L.