16 sentyabr 2026. Çərşənbə

Xavyer Tebas “Qızıl top”un qalibini açıqladı


Xavyer Tebas “Qızıl top”un qalibini açıqladı

La Liqanın prezidenti Xavyer Tebas 2026-cı ildə “Qızıl top” mükafatına kimin sahib olacağını düşündüyünü açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, o, bu barədə “Marca”ya müsahibəsində danışıb.Tebasın fikrincə, nüfuzlu mükafatın qalibi yenidən “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri olmalıdır.

“Düşünürəm ki, yenə Rodri. Təbii ki, bir məqam var – zədə səbəbindən mövsümün əhəmiyyətli hissəsini buraxdı. Amma dünya çempionatında və ondan qısa müddət əvvəl göstərdiyi performansı nəzərə alsaq, məncə, yenidən bu mükafata layiqdir”, – deyə o bildirib.

La Liqa rəhbəri “Barselona”nın gənc ulduzu Lamin Yamalın da mükafata namizəd olması barədə fikirlərini bölüşüb:

“Hər kəs öz kampaniyasını bacardığı kimi aparır. Digərləri namizədlər sırasında olmadıqlarını düşündükdə ya mərasimə gəlmirlər, ya da orada olmayacaqlarını əvvəlcədən bilirlər. Lamin Yamal necə çıxış etdiyini bilir. O, əla mövsüm keçirdiyi üçün ən yaxşı futbolçu olduğunu deyə bilər. Məncə, mükafatı Rodri qazanacaq. Amma Lamin də çox yüksək səviyyədədir. Hesab edirəm ki, futbolçular öz səviyyələrini düzgün qiymətləndirməyi bacarmalıdırlar. Bu, məni narahat etmir”.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda keçiriləcək. Əsas mükafat uğrunda 30 futbolçu mübarizə aparır.







İspaniya L.L.