6 oktyabr 2026. Çərşənbə axşamı

“Valensiya” səfərdə “Alaves”ə qalib gəldi


“Valensiya” səfərdə “Alaves”ə qalib gəldi

İspaniya La Liqasının növbəti turunda “Alaves” doğma meydanda “Valensiya”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində meydan sahibləri daha üstün tərəf kimi çıxış etsələr də, “Valensiya” müdafiədə inamlı oyun nümayiş etdirərək qapısının toxunulmazlığını qoruyub.

Görüşün taleyini 78-ci dəqiqədə vurulan qol həll edib. Xavi Gerranın ötürməsindən sonra Luis Rioxa dəqiq zərbə ilə fərqlənərək “Valensiya”ya qələbə qazandırıb.

“Alaves” qarşılaşmanın sonunadək hesabı bərabərləşdirə bilməyib.

Bu nəticədən sonra “Valensiya” xallarının sayını 4-ə çatdıraraq turnir cədvəlində 17-ci pilləyə yüksəlib. 10 xalı olan “Alaves” isə 4-cü sırada qərarlaşıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”