16 sentyabr 2026. Çərşənbə

Mbappe “Real Madrid” tarixində bunu bacaran üçüncü futbolçu oldu


Mbappe “Real Madrid” tarixində bunu bacaran üçüncü futbolçu oldu

“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının növbəti turunda da fərqlənib.

90deqiqe.Az-ın məlumatına görə, fransalı forvard “Elçe” ilə qarşılaşmanın 33-cü dəqiqəsində komandasının ikinci qolunu vuraraq hesabı 2:0-a çatdırıb.

27 yaşlı futbolçunun cari La Liqa mövsümündə 6 oyunda 7 qolu var. Statistik məlumatları ilə tanınan jurnalist Mister Çipin məlumatına görə, Mbappe “Real Madrid” tarixində La Liqada iki mövsüm ardıcıl ilk 6 matçda ən azı 7 qol vuran üçüncü futbolçu olub.

Daha əvvəl bu göstəriciyə yalnız Pruden (1945 və 1946) və Uqo Sançes (1986 və 1987) nail olublar. “Real Madrid”in tarixində ən çox qol vuran futbolçu Kriştianu Ronaldoya isə bu nəticəni əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Kilian Mbappe 2024-cü ildən “Real Madrid”in formasını geyinir.







İspaniya L.L.