17 sentyabr 2026. Cümə axşamı

“Atletiko Madrid” “Osasuna”nı darmadağın etdi


“Atletiko Madrid” “Osasuna”nı darmadağın etdi

İspaniya çempionatının VI turunda “Atletiko Madrid” doğma meydanda “Osasuna”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisi rəqibinin qapısından 4 cavabsız top keçirərək böyükhesablı qələbə qazanıb.

Hesab 24-cü dəqiqədə açılıb. Conatan Devid “Atletiko Madrid”i önə keçirib. Dieqo Simeonenin yetirmələri bundan sonra da hücumlarını davam etdiriblər, lakin ilk hissədə hesab dəyişməyib.

54-cü dəqiqədə meydan sahibləri fərqi artırıblar. Devidin məhsuldar ötürməsindən sonra Li Kan İn topu qapıdan keçirib.

63-cü dəqiqədə Robin Le Norman “Atletiko Madrid”in üçüncü qolunu vurub.

Matçda son nöqtəni isə 82-ci dəqiqədə Aleks Baena qoyub – 4:0.

Beləliklə, “Atletiko Madrid” çempionatda növbəti qələbəsini böyük hesabla rəsmiləşdirib.







İspaniya L.L.