17 sentyabr 2026. Cümə axşamı

Kokedən “Real Madrid” derbisi öncəsi iddialı açıqlama


Kokedən “Real Madrid” derbisi öncəsi iddialı açıqlama

“Atletiko Madrid”in yarımmüdafiəçisi Koke “Osasuna” ilə oyundan sonra açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, komandanın çıxışını dəyərləndirən Koke heyətin gücündən danışıb:

“Komandamıza yüksək səviyyəli futbolçular qoşulub. Çox güclü heyətimiz var. Komanda əla oyun keçirdi. Biz də məhz belə rəqabət və inkişaf istiqamətində irəliləməliyik. Bir neçə gün əvvəl 3:0 hesabı ilə qalib gəldik, bu gün isə 4:0. Davam etməli olduğumuz istiqamət budur”, – deyə futbolçunun sözlərini “Marca” nəşri sitat gətirib.

Koke qarşıdakı “Real Madrid”lə derbi barədə də danışıb:

“Derbilər hər zaman xüsusi olur. Xüsusilə də doğma meydanda oynayanda. Onlar bizim şəhər rəqibimizdir və qalib gəlmək istəyirik. Lakin bunun üçün hər şeyi çox yaxşı etməliyik, çünki güclü komandadır. Ümid edirəm ki, qalib gələrək azarkeşlərimizi sevindirəcəyik”.

“Atletiko Madrid”də keçirdiyi 747-ci matça da toxunan Koke bu göstəricinin uzunmüddətli əməyin nəticəsi olduğunu bildirib:

“Bu, görülən işlərin və hər şeyin düzgün istiqamətdə getməsinin nəticəsidir. Bu, hələ uzun müddət oynaya biləcəyim anlamına gəlir. Ümid edirəm ki, qarşıda məni daha çox oyun gözləyir. Əsas olan mənə verilən rolda komandaya kömək etməkdir”.

Qeyd edək ki, La Liqanın VIII turunda keçirilən qarşılaşmada Madrid təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edib.“Atletiko Madrid” 13 xalla La Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.







İspaniya L.L.