17 sentyabr 2026. Cümə axşamı

“O, həyatda tanıdığım ən ağıllı insanlardan biridir”


“O, həyatda tanıdığım ən ağıllı insanlardan biridir”

Madrid “Real”ının lideri Kilian Mbappe komandanın baş məşqçisi Joze Mourinyo ilə çalışması barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı hücumçu portuqaliyalı mütəxəssisi yüksək qiymətləndirib.

“Mənim üçün Mourinyo xüsusi insandır. O, həyatda tanıdığım ən ağıllı insanlardan biridir. Komandanı necə idarə etməyi bilir, o, liderdir”, – deyə Mbappenin sözlərini “AS” nəşri yayıb.

Qeyd edək ki, “Real” İspaniya çempionatının turnir cədvəlində 15 xalla ikinci pillədə qərarlaşıb. Altı turdan sonra Madrid klubunun lider “Barselona”dan geri qalması üç xaldır.

“Real” növbəti matçını bazar günü keçirəcək. Madrid derbisində “kral klubu” “Atletiko” ilə qarşılaşacaq.







İspaniya L.L.

“Daha 5-6 il oynamaq istəyirəm”
  • İspaniya L.L.
  • 23:47 17.09.2026
“Daha 5-6 il oynamaq istəyirəm”