18 sentyabr 2026. Cümə

Qabriel Xesus Flikdən daha çox şans istəyib


Qabriel Xesus Flikdən daha çox şans istəyib

“Barselona”nın hücumçusu Qabriel Xesus baş məşqçi Hans-Diter Flikdən daha çox oyun vaxtı istəyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Globo Esporte” məlumat yayıb.

Məlumata görə, braziliyalı futbolçu “Rasinq”lə oyunda meydana daxil olduqdan sonra fərqlənməsini fürsət bilərək Flicklə danışıb və daha çox şans istəyib. Xesus komandada start heyətində yer aldığı bir oyunun olmasını arzuladığını bildirib.

Qeyd edək ki, “Barselona” “Rasinq”i 7:2 hesabı ilə məğlub edib. Görüşün ikinci hissəsində Rafinyanı əvəzləyən Qabriel Jesus komandasının qollarından birinə imza atıb. Rafinya isə qarşılaşmada het-trik edib.

Xesusun çıxışından klub rəhbərliyinin, xüsusilə də onun transferinin əsas təşəbbüskarlarından olan idman direktoru Dekunun razı qaldığı bildirilir.

Bununla belə, braziliyalı hücumçunun start heyətinə düşməsi asan olmayacaq. Lamin Yamal və Rafinya əsas heyətdə yerini qoruyur. Sol cinahda isə Kərim Adeyemi və Entoni Qordonun yaxşı formada olması rəqabəti daha da gücləndirir.







İspaniya L.L.

“Daha 5-6 il oynamaq istəyirəm”
  • İspaniya L.L.
  • 23:47 17.09.2026
“Daha 5-6 il oynamaq istəyirəm”