- İspaniya L.L.
- 23:47 17.09.2026
Madrid “Real”ının qapıçısı Tibo Kurtua yaxın gələcəkdə futbolçu karyerasını başa vurmağı düşünmür.
90deqiqe.Az xəbər verir ki, belçikalı qapıçı “Tuttomercato”ya müsahibəsində gələcək planlarından danışıb.
“Hazırda daha 5-6 il oynamaq istəyirəm”,
32 yaşlı qapıçı karyerasını başa vurduqdan sonra da “Real Madrid”də çalışmaq istədiyini söyləyib.
“Yeni Tibo Kurtua yetişdirmək üçün “Real”ın qapıçılar departamentində işləmək istəyərdim. Onu transfer bazarında axtarmaqdansa, özümüz yetişdirək”, - deyə o qeyd edib.
Kurtois əsas komandanın baş məşqçisi olmaq istəyib-istəmədiyi ilə bağlı suala isə belə cavab verib:
“Əmin deyiləm ki, əsas komandanı çalışdırmaq istəyərəm. İdarə etməli olduğun bu qədər futbolçu ilə yəqin ki, tez qocalaram”.
Qeyd edək ki, Tibo Kurtua 2018-ci ildən “Real Madrid”də çıxış edir. Belçikalı qapıçı həmin il “Çelsi”dən 35 milyon avro qarşılığında Madrid klubuna transfer olunub.