20 sentyabr 2026. Bazar günü

Madrid derbisində qalib bəlli oldu - “Atletiko” “Real”ı məğlub etdi


Madrid derbisində qalib bəlli oldu  - “Atletiko” “Real”ı məğlub etdi

İspaniya La Liqasının VII turunda Madrid derbisi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Civitas Metropolitano” stadionunda baş tutan qarşılaşmada “Atletiko” və “Real” üz-üzə gəlib. Görüşün baş hakimi Migel Anxel Ortis Arias olub.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə hesab açılmayıb. Qarşılaşmanın 52-ci dəqiqəsində “Real”ın müdafiəçisi Din Heysen cərimə meydançasında Culiano Simeoneyə qarşı qayda pozuntusuna yol verib və qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Bir dəqiqə sonra “Atletiko” penalti qazanıb. Zərbəni dəqiq yerinə yetirən Alehandro Qrimldo komandasını hesabda önə keçirib.

59-cu dəqiqədə Conatan Devid fərqlənərək meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

“Real” 89-cu dəqiqədə hesabı azaldıb. Antonio Rüdiger fərqlənərək yekun hesabı müəyyənləşdirib – 2:1.

Bu qələbədən sonra “Atletiko” 6 oyundan 16 xal toplayaraq La Liqanın turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Real” isə 15 xalla dördüncü sırada qərarlaşıb.

Növbəti turda “Atletiko” oktyabrın 10-da “Alaves”lə qarşılaşacaq. Həmin gün Joze Mourinyonun rəhbərlik etdiyi “Real” isə “Vilyarreal”ı qəbul edəcək.







İspaniya L.L.

“Daha 5-6 il oynamaq istəyirəm”
  • İspaniya L.L.
  • 23:47 17.09.2026
“Daha 5-6 il oynamaq istəyirəm”