- İspaniya L.L.
- 23:23 20.09.2026
“Real” Madrid derbisində zədələnən yarımmüdafiəçisi Federiko Valverdenin vəziyyəti ilə bağlı açıqlama yayıb.
90deqiqe.Az-ın məlumatına görə, Federiko Valverdeyə sol topuq nahiyəsindən ağır zədə diaqnozu qoyulub. Klub futbolçunun yaxın saatlarda əlavə tibbi müayinələrdən keçəcəyini açıqlayıb.
Valverde qarşılaşma zamanı Li Kan İnin sərt müdaxiləsindən sonra zədələnib. Cənubi koreyalı futbolçunun mübarizə zamanı Valverdenin ayağının üzərinə butsunun şipləri ilə basdığı bildirilib.
Qeyd edək ki, La Liqanın VII turunda keçirilən “Atletiko” – “Real” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdən sonra “Real”ın baş məşqçisi Joze Mourinyo hakimlərin idarəçiliyindən narazılığını ifadə edib.