- İspaniya L.L.
- 23:23 20.09.2026
“Real”ın baş məşqçisi Joze Mourinyo La Liqanın VII turunda “Atletiko”ya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra hakimlikdən narazılığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Madridin “Sivitas Metropolitano” stadionunda keçirilən qarşılaşmanın baş hakimi Migel Anxel Ortiz Arias olub.
Mourinyo 41 yaşlı referinin derbi idarə etmək təcrübəsinin olmadığını deyib:
“Bu hakimin derbi idarə etmək təcrübəsi yox idi. Onun 41 yaşı var. O, yalnız ikinci dərəcəli oyunları idarə edən zəif hakimdir. Bu təyinat münasibətilə hakimlər komitəsini təbrik edirəm. Lakin VAR hakimi cənab Truxilyonun “Real”la işləmək təcrübəsi var. O, kubokda “Jirona” və “Osasuna” ilə oyunlarımızda VAR hakimi olub. Onun böyük təcrübəsi var”.
Mourinyonun sözlərini “Marca” yayıb.
Qeyd edək ki, VII turdan sonra “Atletiko” 16 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Real” isə 15 xalla dördüncü yerdədir.
Növbəti turda “Atletiko” oktyabrın 10-da “Alaves”i qəbul edəcək. “Real” isə həmin gün “Vilyarreal”la qarşılaşacaq.