21 sentyabr 2026. Bazar ertəsi

Peres sabiq rəqibinin derbiyə dəvətinə sərt reaksiya verdi


Peres sabiq rəqibinin derbiyə dəvətinə sərt reaksiya verdi

“Real”ın prezidenti Florentino Peresin klubun prezident seçkilərində keçmiş rəqibi Enrike Rikelmenin “Atletiko” ilə Madrid derbisinə dəvət olunmasına görə qəzəbləndiyi iddia edilir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Xuanma Kastano “Cadena COPE” radiosunun efirində məlumat verib.

Onun sözlərinə görə, derbidən əvvəl hər iki klubun rəhbərliyi birgə nahar edib. Peresin “Atletiko”nun prezidenti Enrike Sereso ilə yaxşı münasibətlərinin olduğu bildirilib.

Daha sonra Peresə Rikelmenin prezident lojaya dəvət olunduğu deyilib:

“Tribunada böyük səs-küy yarandı. Oyundan əvvəl klub rəhbərləri birlikdə nahar etdilər. Çünki Florentino Peresin “Atletiko”nun prezidenti Enrike Sereso ilə çox yaxşı münasibətləri var. Daha sonra kimsə Florentinoya dedi: “Öyrəndik ki, Enrike Rikelme prezident lojasına dəvət olunub. VIP lojaya yox, məhz prezident lojasına”.

Kastañonun sözlərinə görə, bu xəbəri eşidən Peres qəzəblənərək stadionu tərk edəcəyini bildirib. Lakin oradakılar onu sakitləşdiriblər və “Real” prezidenti matçı tribunadan izləməyə davam edib.

“Orada olanlar onu sakitləşdirdilər və Florentino matçı izləmək üçün qaldı. Lakin o, çox qəzəbli idi”, – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, “Real” Madrid derbisində “Atletiko”ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Madrid klubu lider “Barselona”dan 6 xal geri qalır.







İspaniya L.L.

“Daha 5-6 il oynamaq istəyirəm”
  • İspaniya L.L.
  • 23:47 17.09.2026
“Daha 5-6 il oynamaq istəyirəm”