15 oktyabr 2026. Cümə axşamı

Fiqu ən çox təsirləndiyi stadionu açıqladı


Fiqu ən çox təsirləndiyi stadionu açıqladı

Portuqaliya futbolunun əfsanəsi, karyerası ərzində “Barselona” və “Real Madrid”in formasını geyinmiş Luiş Fiqu İspaniyada atmosferi ilə onu ən çox təsirləndirən stadionun adını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, keçmiş futbolçu “Sport” qəzetinə verdiyi qısa müsahibə zamanı dünyada atmosferi ilə onu ən çox heyran edən stadionun “Liverpul”a məxsus arena olduğunu bildirib.

Fiqudan İspaniyada ən möhtəşəm atmosferə malik stadionun hansı olduğu da soruşulub. O, “Barselona” və “Real Madrid”in stadionlarını istisna edərək, belə cavab verib:

“Yəqin ki, “San-Mames”.”

Fiquya karyerasında vurduğu ən yaxşı qol barədə də sual ünvanlanıb.

“Bu, asandır, çünki elə də çox qol vurmamışam. Avropa çempionatında İngiltərəyə qarşı oyunda vurduğum qolu seçirəm”, - deyə portuqaliyalı bildirib.

Qeyd edək ki, Luiş Fiqu peşəkar futbolçu karyerasını 2009-cu ildə “İnter”in heyətində başa vurub. O, karyerası ərzində “Sportinq”, “Barselona”, “Real Madrid” və “İnter” kimi klublarda çıxış edib.







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı
Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər