22 sentyabr 2026. Çərşənbə axşamı

“Hakimləri təqib etməyi dayandırın”


“Hakimləri təqib etməyi dayandırın”

İspaniya La Liqasının Madrid derbisində “Real Madrid” “Atletiko”ya 1:2 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, oyundan sonra “Real Madrid”in baş məşqçisi Joze Mourinyo mətbuat konfransına üzərində matç zamanı baş vermiş iki epizodun görüntüləri olan vərəqlə gəlib. Portuqaliyalı mütəxəssis hesab edib ki, həmin epizodlarda “Atletiko”nun futbolçuları meydandan qovulmalı idilər.

“Matrasniklər” isə ertəsi gün Mourinyoya cavab veriblər.

Madrid təmsilçisi sosial şəbəkələrdə Mourinyonun məhz həmin mətbuat konfransında çəkilmiş fotosunun printerdən çap olunmasını əks etdirən video yayımlayıb. Fotoda isə bu ifadə yer alıb:

“Hakimləri təqib etməyi elə indi dayandırın”.

Qeyd edək ki, “Atletiko”ya məğlubiyyətdən sonra “Real Madrid” La Liqanın turnir cədvəlində ikinci pillədən dördüncü yerə düşüb. “Barselona” isə Madrid klubunu 6 xal qabaqlayıb.







İspaniya L.L.

Messi “Barselona”ya qayıdır?
  • İspaniya L.L.
  • 23:44 21.09.2026
Messi “Barselona”ya qayıdır?