22 sentyabr 2026. Çərşənbə axşamı

Messi “Barselona”ya qayıdır?


Messi “Barselona”ya qayıdır?

“Barselona” Lionel Messinin klubdan ayrılarkən baş tutmayan vida mərasimini keçirməyə hazırlaşır.

90deqiqe.Az-ın “El Nacional"a istinadən məlumatına görə, Kataloniya klubunun prezidenti Joan Laporta argentinalı ulduza “Kamp Nou”da layiqli vida mərasimi təşkil etmək istədiklərini açıqlayıb.

Messi 2021-ci ildə maliyyə problemləri səbəbindən “Barselona”dan ayrılıb. Həmin vaxt klub ulduz futbolçu üçün vida mərasimi təşkil edə bilməyib. Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər də buna mane olub.

Mərasimin 2028-ci ildə keçirilməsi planlaşdırılır. Lakin “Kamp Nou”nun yenidən qurulması daha əvvəl başa çatarsa, tədbir 2027-ci ildə də təşkil oluna bilər.

Bunun üçün “Barselona”nın ənənəvi Joan Qamper Kubokunda “İnter Mayami” ilə qarşılaşması nəzərdə tutulub.

Maraqlısı odur ki, Messi həmin oyunda hər iki komandanın formasını geyinə bilər. Argentinalı futbolçunun bir hissədə “Barselona”, digər hissədə isə “İnter Mayami”nin heyətində çıxış etməsi planlaşdırılır.

Məlumata görə, “İnter Mayami”nin əsas investorlarından Devid Bekhem artıq belə bir oyunda iştirak etməyə razılıq verib.







İspaniya L.L.

Messi “Barselona”ya qayıdır?
  • İspaniya L.L.
  • 23:44 21.09.2026
Messi “Barselona”ya qayıdır?