22 sentyabr 2026. Çərşənbə axşamı

“Qızıl top”u qazanacağıma dair yaxşı hisslərim var"


 “Qızıl top”u qazanacağıma dair yaxşı hisslərim var"

“Real Madrid” və Fransa millisinin hücumçusu Kilian Mbappe “Qızıl top” mükafatının təqdimat mərasimi ərəfəsində fikirlərini bölüşüb.

90deqiqe.Az

-ın məlumatına görə, 27 yaşlı futbolçu ötən mövsüm komanda ilə titul qazana bilməməsinə baxmayaraq, fərdi göstəricilərinə görə mükafata layiq olduğunu düşündüyünü bildirib.

“Fərdi baxımdan əla mövsüm keçirdim. Bilirəm ki, qalibin müəyyənləşdirilməsində bu, ən vacib meyarlardan biridir. Ən böyük turnirlərin hamısında bombardir oldum.

Düşünürəm ki, hər şey mənim üçün yaxşı nəticələnə bilər. Yaxşı hisslərim var. Qazana bilməsəm, məyus olacağam? Əlbəttə. Nəyinsə uğrunda mübarizə aparıb məğlub olanda hər zaman məyusluq yaşayırsan. Bu da mübarizə əzminə təsir edir”, - deyə Mbappe “The Touchline”a açıqlamasında bildirib.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək.







İspaniya L.L.

Messi “Barselona”ya qayıdır?
  • İspaniya L.L.
  • 23:44 21.09.2026
Messi “Barselona”ya qayıdır?