- İspaniya L.L.
- 22:58 22.09.2026
“Barselona”nın futbolçusu Qavi komanda yoldaşı Lamin Yamal barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi 19 yaşlı vingerin həm futbolçu, həm də insan kimi möhtəşəm olduğunu bildirib.
“O, inanılmaz futbolçu və insandır. Möhtəşəm oyunçudur, məşqlərdə isə məni daha da heyrətləndirir. Düşünürəm ki, Lamin inkişafını davam etdirəcək. O, potensialının nə qədər böyük olduğunu bilir. Yamal futbol tarixinin ən böyük oyunçularından birinə çevrilə bilər”, – Qavi “Men’s Health”ə açıqlamasında deyib.
Qavi həmçinin Yamalın psixoloji baxımdan vəziyyətinin yaxşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, gənc futbolçu vəziyyəti düzgün qiymətləndirir və uğurlar qazanmaq üçün çalışmağa davam etmək əzmindədir.
Qeyd edək ki, Yamal cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 8 oyunda 14 məhsuldar fəaliyyətlə yadda qalıb.