23 sentyabr 2026. Çərşənbə

“Barselona”da Frenki de Yonqla bağlı yeni xəbər


“Barselona”da Frenki de Yonqla bağlı yeni xəbər

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq dizindən aldığı zədədən plan üzrə bərpa olunur.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, Kataloniya klubu milli komandaların oyunları üçün yaranacaq fasilədən sonra niderlandlı futbolçunun komanda ilə məşqlərə başlamasını gözləyir.

De Yonq yayda keçirilən dünya çempionatı zamanı zədələnib. İlk müayinədən sonra ağrıları davam etməsinə baxmayaraq, futbolçuya çıxışını davam etdirməyə icazə verilib. Lakin sonrakı tibbi müayinə zamanı vəziyyətinin pisləşdiyi müəyyənləşib.

27 yaşlı futbolçu əməliyyatdan imtina edərək konservativ müalicə üsulunu seçib. Bərpa prosesi yavaş getsə də, hazırda plan üzrə davam edir. Yaxın günlərdə De Yonqun məşq yükünün tədricən artırılacağı və topla çalışmaların əlavə ediləcəyi bildirilir.

Futbolçunun oyunlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.







İspaniya L.L.

Messi “Barselona”ya qayıdır?
  • İspaniya L.L.
  • 23:44 21.09.2026
Messi “Barselona”ya qayıdır?