24 sentyabr 2026. Cümə axşamı

Obameyanq əməliyyat olunacaq - iki ay oynamaya bilər


Obameyanq əməliyyat olunacaq  - iki ay oynamaya bilər

“Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanq sağ dizindən zədələnib və əməliyyat olunacaq.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, 37 yaşlı futbolçunun yaşıl meydanlardan təxminən iki ay uzaq qalacağı gözlənilir.

Obameyanqın sağ dizindəki ağrılar “Betis”lə oyundan (1:1) sonra daha da şiddətlənib. Aparılan MRT müayinəsi zamanı futbolçunun meniskində qismən yırtıq aşkarlanıb.

Qabonlu hücumçu sentyabrın 24-də Madriddə əməliyyat olunacaq. Onun məşqlərə qayıdışının dəqiq vaxtı isə reabilitasiya prosesinin gedişindən asılı olacaq.

Qeyd edək ki, Obameyanq mövsümə yaxşı başlayıb. Təcrübəli hücumçu indiyədək 5 qol vurub və 2 məhsuldar ötürmə verib.







İspaniya L.L.