24 sentyabr 2026. Cümə axşamı

“Barselona” qış transferləri üçün futbolçu sata bilər


“Barselona” qış transferləri üçün futbolçu sata bilər

“Barselona”nın qış transfer pəncərəsində yeni futbolçularla müqavilə imzalaya bilməsi üçün bir neçə oyunçusunu satmalı ola biləcəyi bildirilir.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, Kataloniya klubunun transfer fəaliyyəti maliyyə feyr-pleyi qaydaları ilə bağlı vəziyyətdən asılıdır.

Klubun iqtisadi məsələlər üzrə vitse-prezidenti Ferran Olive hazırkı maliyyə durumunu belə şərh edib:

“Maliyyə feyr-pleyi üzrə göstəricimiz mənfi idi. 1:1 nisbətinə çatmağımız beş il çəkdi. Bu, heç də asan olmadı”.

Bununla belə, “Barselona” rəhbərliyi yanvar ayında heyətə yeni futbolçu cəlb etmədən də mövsümü davam etdirməyə ümid edir.

Hansi Flikin rəhbərlik etdiyi komanda mövsümdə keçirdiyi 8 oyunun hamısından qələbə ilə ayrılıb. Kataloniya təmsilçisinin heyətində hər mövqe üzrə ən azı iki futbolçunun olduğu bildirilir.







İspaniya L.L.