- İspaniya L.L.
- 23:42 23.09.2026
“Barselona”nın yarımmüdafiəçisi Rodri Ernandes ötən transfer dönəmində “Real Madrid”in ona göstərdiyi maraqdan danışıb.
90deqiqe.Az-ın “El Partidazo de COPE”yə istinadən məlumatına görə, ispaniyalı futbolçu bildirib ki, Madrid klubu onu transfer etmək üçün əlindən gələni edib.
“Real Madrid” ilk andan mənə maraq göstərdi. Onlar özlərini qüsursuz apardılar və məni həqiqətən transfer etmək istəyirdilər. Bunu xüsusi vurğulamaq istəyirəm”
“Onlar əllərindən gələni etdilər və mənə olan maraqlarını göstərdilər. Bunu yüksək qiymətləndirirəm. Çünki klubun bəzi nümayəndələri ilə danışmışam. Onlar “Real Madrid”ə keçməyimi nə qədər istədiklərini və bununla bağlı həvəslərini mənə çatdırdılar. Bu isə qərarımı daha da çətinləşdirdi”.
Rodri Madrid klubunun prezidenti Florentino Pereslə birbaşa danışıb-danışmadığını açıqlamayıb.
Qeyd edək ki, Rodri ötən transfer pəncərəsində “Mançester Siti”dən 65 milyon avro qarşılığında “Barselona”ya keçib. Bu məbləğə bonuslar daxil deyil.