6 oktyabr 2026. Çərşənbə axşamı

Joau Feliks “Qızıl top”un favoritini açıqladı


Joau Feliks “Qızıl top”un favoritini açıqladı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda və Portuqaliya millisində çıxış edən Joau Feliks “Qızıl top” uğrunda mübarizə barədə fikirlərini bölüşüb və Lamin Yamalı dəstəkləyib.

90deqiqe.Az-ın məlumatına görə, “The Touchline” futbolçunun dediklərini belə çatdırıb

“​Mən həmişə düşünmüşəm ki, “Qızıl top”a baxanda ‘Vau, bu, yadda qalacaq ulduzdur’ dediyin futbolçu layiq görülməlidir. Əgər oyuna baxarkən gözlərini ekrandan ayıra bilmədiyin futbolçu varsa, o da Lamindir.

Mbappe və Keyn əla mövsüm keçiriblər. Amma Lamin futbolun özüdür. Üstəlik, o, dünya çempionatını da qazanıb”

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”