24 sentyabr 2026. Cümə axşamı

“Real Madrid” Konatenin zədəsi ilə bağlı açıqlama yaydı


“Real Madrid” Konatenin zədəsi ilə bağlı açıqlama yaydı

Madrid “Real”ı komandanın müdafiəçisi İbrahima Konatenin zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən tibbi müayinələrdən sonra futbolçunun sağ ayağının yan bağında zədə aşkarlanıb.

“Aparılan tibbi müayinələrin nəticəsinə əsasən, futbolçumuzun sağ ayağının yan bağında zədələnmə müəyyən edilib. Müayinələrin nəticələri dəqiqləşdirilir”, – deyə klubdan bildirilib.

Qeyd edək ki, Konate daha əvvəl Fransa millisinin heyətindən çıxarılıb.

Müdafiəçi bu mövsümdən “Real Madrid”də çıxış edir. O, indiyədək komandanın heyətində La Liqa və UEFA Çempionlar Liqasında ümumilikdə 7 oyunda meydana çıxıb.

Konate bundan əvvəl 5 il İngiltərədə “Liverpul”un formasını geyinib.







İspaniya L.L.