25 sentyabr 2026. Cümə

“Səmimi danışmağımız tənqid olunur”


“Səmimi danışmağımız tənqid olunur”

“Barselona”nın vingeri Lamın Yamal özü və “Real Madrid”in hücumçusu Kilian Mbappenin “Qızıl top”la bağlı açıqlamalarına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı ispaniyalı futbolçu bu açıqlamaların tənqid olunmasını düzgün hesab etmədiyini bildirib.

“Əgər mən və Mbappe heç nə deməsəydik, insanlar buna təəccüblənərdilər. Bizdən səmimi olmağımızı istəyirlər, amma səmimi fikirlərimizi bildirəndə tənqid edirlər”, – deyə Yamalın sözlərini “Madrid Xtra” yayıb.

Qeyd edək ki, hər iki futbolçu müsahibələrində mütəmadi olaraq “Qızıl top” mövzusunda danışır və mükafat uğrunda əsas namizədlərdən olduqlarını gizlətmirlər.

“Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Lamın Yamal və Kilian Mbappe mükafat uğrunda mübarizənin əsas namizədləri arasında göstərilirlər.







İspaniya L.L.