26 sentyabr 2026. Şənbə

“Barselona”nın futbolçusu zədələrdən sonra psixoloqa müraciət etmək istədiyini açıqladı


“Barselona”nın futbolçusu zədələrdən sonra psixoloqa müraciət etmək istədiyini açıqladı

“Barselona”nın yarımmüdafiəçisi Qavi zədələrdən sonra psixoloji cəhətdən necə toparlandığından danışıb.

90deqiqe.Az-ın məlumatına görə, ispan futbolçu “Men’s Health” jurnalına müsahibəsində psixoloqa müraciət etmədiyini, lakin gələcəkdə bunu etmək istədiyini bildirib:

“Psixoloqa müraciət etmək hər zaman faydalıdır. İstər pis vəziyyətdə olasan, istərsə də yaxşı – bunun əhəmiyyəti var. Mən əvvəllər heç vaxt psixoloqa müraciət etməmişəm, amma bunu etmək istərdim. Özümü ailəmin əhatəsinə qapatdım və bu, mənə çox kömək etdi”.

Qeyd edək ki, “Barselona” La Liqanın yeddi turundan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. Hans-Diter Flikin komandası növbəti matçını oktyabrın 10-da “Xetafe”yə qarşı keçirəcək.







İspaniya L.L.