14 oktyabr 2026. Çərşənbə

“Real Madrid” Mbappenin zədəsi ilə bağlı açıqlama yaydı


“Real Madrid” Mbappenin zədəsi ilə bağlı açıqlama yaydı

İspaniyanın “Real Madrid” klubu Fransa millisinin düşərgəsində zədələnən hücumçusu Kilian Mbappenin son durumu ilə bağlı məlumat yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu tibbi müayinədən keçib. Müayinə nəticəsində onun sol dizinin arxa kapsulunda hiperextension aşkarlanıb.

Madrid təmsilçisi Mbappenin yaşıl meydanlara qayıdacağı dəqiq tarixi açıqlamayıb. Klubdan bildirilib ki, hücumçunun vəziyyəti dinamik şəkildə izləniləcək.

Hazırda “Real Madrid” İspaniya La Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan 6 xal geri qalır.

“Real Madrid” növbəti oyununu oktyabrın 10-da evdə “Vilyarreal”a qarşı keçirəcək.







İspaniya L.L.

Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər