15 oktyabr 2026. Cümə axşamı

“Barselona” Florentino Peresi məhkəməyə çağırdı


“Barselona” Florentino Peresi məhkəməyə çağırdı

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres “Barselona” ilə bağlı açıqlamalarına görə məhkəməyə çağırılıb.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, noyabrın 25-də tərəflər arasında barışıq görüşü keçiriləcək. “Barselona” həmin görüşdə Peresdən əvvəlki açıqlamalarını təkzib etməsini və sözlərindən geri çəkilməsini tələb edəcək.

Qeyd edək ki, Florentino Peres may ayında “Barselona”nı “Neqreyra işi” çərçivəsində hakimliyə təsir göstərməkdə ittiham edən açıqlamalar səsləndirib. Bundan sonra Kataloniya klubu “Real Madrid” rəhbərinə qarşı böhtan iddiası ilə məhkəməyə müraciət edib.

Mənbənin yazdığına görə, Peres açıqlamalarından geri çəkilməsə və ya məhkəməyə gəlməsə, “Barselona” onun barəsində artıq cinayət xarakterli şikayət təqdim edə bilər.







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı
Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər